Tikintidə QAZOBETON BLOKlardan istifadənin üstünlükləri



Qazobeton bloklar düzbucaqlı paralelepipedlər şəklində istehsal olunan bir tikinti materialıdır. Bu tikinti materialının-blokların əsas bir xüsusiyyəti yüksək daxili boşluq əmsalıdır. Bir blok daxilində hava hüceyrələrinin ümumi həcmi onun ümumi həcminin 85%-nə çata bilər. Məhz bu daxili quruluş sayəsində tikinti materialı aşağı sıxlığa malikdir. Belə ki qazobeton bloklar kərpicdən və mişar daşından bir neçə dəfə az ağırlığa malikdir. Qazobetonun istehsalı iki üsulla həyata keçirilir: avtoklav və avtoklavsız. Bu texnologiyaların hər birindən istifadə etməklə istehsal olunan məhsulların özünəməxsus xüsusiyyətləri vardır. Qazobeton blokların istehsalı üçün avtoklav üsulu, qarışığının sərtləşdirilməsini üçün  - yüksək təzyiq (təxminən 9-12 atm) yaradan və məhlulu 180-200 dərəcə qızdıran xüsusi avadanlıqda hazırlanır. Bu texnologiya istehsal prossesi sayəsində daha keyfiyyətli material əldə etməyə imkan verir. Ancaq bu üsulla əldə olunan məhsulun qiyməti avtoklavsız məhsuldan baha olur. Belə istehsal prossesində yüksək sıxlığın və hərarətin sayəsində əldə olunan məhsulun basqı gücü daha çoxdur.


Avtoklavsız qazobeton blokları avtomatlaşdırılmış avadanlıqdan istifadə etmədən istehsal olunur. Qum, sement, su, əhəng və alüminium tozunudan əldə olunan qarışıq yoğrulur və sonda düzbucaqlı formalara paylanır. Qarışığın sərtləşməsi isə, avtoklav üsülundan fərqli olaraq təbii yolla baş verir. Bu şəkildə istehsal olunan məhsulun əsas üstünlüyü onların aşağı qiymətidir. Lakin avtoklavsız qazobeton bloklarının güc xüsusiyyətləri avtoklavlanmışlarla müqayisədə daha aşağıdır.


Qazobeton bloklar  mülki yaşayış və sənaye binalarının tikintisində yüksək tələbatlıdır. 


Bu blokların aşağı istilik keçiriciliyi üstün cəhədlərindən biridir. Qazobeton blokları tikililərin istilik itkisinə mane olur. Bu da mülki binalarda qaz və enerji xərclərini azaldır. Quruluş və tərkibinə görə, bloklar asanlıqla əl mişarlarından istifadə edərək lazımi ölçülü fraqmentlərə bölünə bilir. Material yanmaz komponentlərdən hazırlandığı üçün yüksək temperaturun təsiri altında alovlanmır və ərimir. Qazobeton blokları divarlara səs dalğaların enerjisinin əhəmiyyətli bir hissəsini udur, buna görə də səs dalğaları praktiki olaraq binalara nüfuz etmir. Bu da öz qismində səs izolasiya xərclərini minimuma endirir. Beton blokların böyük ölçüləri sayəsində hörgü prosedurunu asanlaşdırmaq və bununla da tikinti işlərinin vaxtını azaltmaq mümkün olur. 


Mişar daşı və kərpiclə müqayisədə qazobeton blokları daha kövrəkdir və mexaniki zərbələrə həssasdır. Buna görə də tikinti prosseslərində mexaniki zərbələrdən qorumaq lazımdır. Digər tərəfdən isə, su ilə bir başa təmas olduqda və kəskin mənfi tempratur olduğu halda bloklarda çatların olma ehtimalı vardır. Bu səbəbdən dolayı tikinti izolasiya mərhələsində su izolasiyasına qarşı tədbirlər görülməlidir.


Qiymət təklifi al

Xidmətlər haqqında qiymət təklifi almaq üçün indi müraciət et

WhatsApp-a yazın