Hovuz izolyasiyası

Hovuzların inşası bir neçə mərhələdən ibarətdir. Ən vacib mərhələ isə hovuzun izolyasiyasıdır.  İzolyasiya edilmiş hovuzun uzunömürlü olması danılmazdır. Hovuzun izolyasiya işlərinə başlamazdan əvvəl aşağıda qeyd olunan bir neçə amil nəzərə alınmalıdır: 
  • Hovuzun inşası nədən təmin edilmişdir ( beton, şüşə və ya taxta)
  • Yeraltı suların səviyyəsi
  • Qış aylarında torpağın donma qatının müəyyən edilməsi 
  • Hovuzun açıq və ya qapalı məkanda yerləşməsi
Hovuz izolyasiyasi rulon, püskürtmə və rezin şüşə şəklində təmin edilə bilər.

 Rulon izolyasiya əsasən düz hovuzlarda istifadə olunur. 1 qatlı rulon izolyasiya zamanı qalınlığı 06-08 mm aralığında, 3 qatlıda isə  0.15 sm-ə dək membran istifadə olunur.  Rulon izolyasiyanın müsbət yanlarına gəldikdə
  • Su təzyiqinə davamlı və germetikdir.
  • Dəyişkən tempratura qarşı davamlı
  • Aşağı tempraturda öz funksionallığını itirmir
  • Kimyəvi əlaqələrə qarşı davamlı
Püskürtmə izolyasiya zamanı mastikadan istifadə edilərək valik və ya püskürtmə şəklində həyata keçirilir. Çətin strukturlu hovuzların izolyasiyasında üstünlük verilir.

Əsas üstünlükləri:
  • Püskürtmə izolyasiya edildikdən və quruduqdan sonra 100 dəfəyə qədər dartıla bilər və yenidən öz formasına qayıda bilər
  • Tam germetika. Püskürtmə izolyasiyasında tikiş yerləri və qat mövcud deyildir.
  • İnteryer materialdır
  • İstəyə uyğun şəkildə mozaika və forma verilməsi mümkündür 
Rezin şüşə hər kəsə məktəb partalarından tanışdır. Su qarışıqlı silikat natrium və silikat kaliumdan ibarətdir. Natrium materiala yüksək daxilolma qabiliyyəti verir, Kalium isə yüksək suya dayanıqlıq yaradır. İzolyasiya valiklə və pulevizator ilə həyata keçirilir.

Əsas üstünlükləri:
  • Dəyişkən tempratura davamlı
  • Xarici kimyəvi təsirlərə qarşı dayanıqlı
  • Bioloji yüksək keyfiyyətli 
  • Göbələk kimi xəstəliklərin yaranmasına qarşı effektiv

Qiymət təklifi al

Xidmətlər haqqında qiymət təklifi almaq üçün indi müraciət et

WhatsApp-a yazın