Ev tikintisində KƏRPİCdən istifadə

Tikinti zamanı Kərpicdən istifadənin ən böyük üstünlüyü iş prosesində onunla çalışmağın rahatlığıdır. Kərpic kiçik ölçülərə malik olduğundan ən qeyri-adi dizaynı olacaq evlərdə, fərqli və böyük layihələrdə istifadə edildikdə uğurlu nəticələr əldə edilməsi danılmazdır. 

Kərpic - yüksək keyfiyyətə malik tikinti materialıdır. Ən güclü təzyiqlərə və təsirlərə tab gətirə bilir. Dəyişkən temperatura davamlı, rütubətə qarşı dözümlü, həmçinin göbələk və kiflənməyə qarşı yüksək müqaviməti mövcuddur. Divar qalınlığını düzgün hesablamaq üçün ətraf mühitin minimum hava temperaturunu və istifadə olunacaq kərpicin növünü dəqiqləşdirmək lazımdır. 

Kərpicdən tikilən evlər kifayət qədər səs və istilik izolyasiya qabiliyyəti ilə seçilirlər. Bundan başqa müasir standartlara əsasən istilik qənaəti üçün tam gövdəli kərpiclə 50 sm, iri deşikli kərpiclə 77 sm, xırda deşikli kərpiclə 51 sm qalınlıq ilə hörülür. Lakin qeyd olunan nüanslar istilik qorunması olmadığı təqdirdə keçərlidir. 

Yüksək keyfiyyətli kərpiclərin bir çox üstünlükləri vardır. Davamlı, ekoloji və zaman keçdikcə yüksək keyfiyyəti ilə seçilir. Qeyd etmək lazımdır ki, kərpiclə müqayisə ediləbilən tikinti materialı yalnız daşdır. Suni materiallar və ya betonlar zaman keçdikcə öz keyfiyyətini itirməsi danıllmazdır. Bu baxımdan günümüzdə evlərin və binaların tikintisində kərpicdən istifadəyə üstünlük verilir və tövsiyə edilir.

Qiymət təklifi al

Xidmətlər haqqında qiymət təklifi almaq üçün indi müraciət et

WhatsApp-a yazın